La Liqa: "Barselona" "Leqanes"ə məğlub oldu

16-12-2024, 16:38           
La Liqa: "Barselona" "Leqanes"ə məğlub oldu
İspaniya La Liqasının 17-ci turunda "Barselona" və "Leqanes" komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyun Barselonada "Olympic Lewis Companies" stadionunda baş tutub. "Leqanes" 1:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesab artıq dördüncü dəqiqədə açılıb, "Leqanes"in müdafiəçisi Serxio Qonsales fərqlənib. Bu, matçda yeganə qol olub.

Qeyd edək ki, "Barselona" İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Komanda 18 görüşdə 38 xal toplayıb. "Leqanes" 17 oyundan sonra 18 xal toplayıb və 15-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru