Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu

2-01-2025, 12:40           
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb.
İqtisadiyyat.az FIA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı bəlli olub.

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.

Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru