"Real"ın müdafiəçisi xəstəliyə tutuldu: Karyerasını erkən başa vura bilər
Bu gün, 17:44
Almaniya milli komandası və "Real Madrid" klubunun üzvü Antonio Rüdigerin karyerası vaxtından əvvəl başa çata bilər.
Referans xəbər verir ki, 32 yaşlı müdafiəçiyə erkən kirəcləşmə (osteoartrit) - oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik diaqnozu qoyulub. Adətən bu xəstəlik yalnız 40-50 yaşlarında oynaqlara təsir edir, lakin alman ulduz son 8 aydır ki, ağrıkəsicilərlə oynayır.
Rüdigerin diaqnoz nəticəsində xəstəliyin 4-cü mərhələsində olduğu ortaya çıxsa və oynaq tamamilə məhv olsa, bu, onun karyerasının sonu olacaq. Qeyd edək ki, "Toni" 2022-ci ildən bəri "Kral klubu"nun formasını geyinir.