Lamin Yamal iki rekorda imza atdı

1-05-2025, 17:34           
Lamin Yamal iki rekorda imza atdı
"Barselona"nın 17 yaşlı cinah futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının (ÇL) yarımfinalında "İnter"lə ilk oyunun 24-cü dəqiqəsində qol vurmaqla iki rekorda imza atıb.

Oxu.Az "Opta Sports"a istinadla xəbər verir ki, gənc ispaniyalı ÇL-nin 1/8, 1/4 və 1/2 final mərhələlərində 20 yaşa qədər qol vuran ilk futbolçu olub.

Bundan başqa, Yamal turnirin tarixində yarımfinal mərhələsində qol vuran ən gənc futbolçu adını qazanıb ( 17 yaş 291 gün).

O, "Monako"nun heyətində qol vuran fransız futbolçu Kilian Mbappenin rekordunu (18 yaş 140) təzələyib.

Ümumilikdə ispaniyalı cari ÇL mövsümündə 12 matçda beş qol vurub və dörd məhsuldar ötürmə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru