"Real Madrid"dən veteran futbolçulara ikihəftəlik müqavilə təklifi

2-05-2025, 08:21           
"Real Madrid"dən veteran futbolçulara ikihəftəlik müqavilə təklifi
"Real Madrid" komandasının 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç və 33 yaşlı sağ cinah müdafiəçisi Lukas Vaskes müqavilələrini Klublararası Dünya çempionatının sonuna qədər uzadacaqlar.

Oxu.Az AS nəşrinə istinadla xəbər verir ki, onların klubla müqavilələri iyunun 30-da başa çatır.

Hər iki futbolçu İspaniya La Liqasında mövsüm bitdikdən sonra "Kral klubu"nun rəhbərliyi ilə görüşəcək və orada əmək müqavilələrinin daha iki həftə uzadılmasını razılaşdıracaq.

Modriç və Vaskes üçün müqavilələrinin müddətini tam mövsüm uzatmaları problemli olacağı vurğulanır.

Qeyd edək ki, Klublararası Dünya çempionatı iyunun 15-dən iyulun 13-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru