UEFA Konfrans Liqası: Finalçılar bəlli oldular VİDEO

9-05-2025, 12:17           
UEFA Konfrans Liqası: Finalçılar bəlli oldular  VİDEO
UEFA Konfrans Liqasında finala yüksələn komandaların adlarına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, "Çelsi" "Dyurqarden"i, "Fiorentina" isə "Real Betis"i qəbul edib.

"Zadəganlar" ev matçını minimal üstünlüklə başa vurmaqla finala adlayıblar - 1:0 (ümumi hesab 5:1).
Florensiyada isə əsas vaxt 2:1 hesabı ilə (ümumi hesab 3:3) meydan sahiblərinin xeyrinə başa çatıb və qalib əlavə vaxtda müəyyənləşib. Növbəti 30 dəqiqədə qol vurmağı bacaran ispanlar daha şanslı olublar - 2:2 (ümumi hesab 3:4). Beləliklə də, finalda "Çelsi" "Real Betis"ə qarşı mübarizə aparacaq. Xatırladaq ki, "Çelsi" ilə "Dyurqarden" arasında keçirilən ilk oyun İngiltərə klubunun 1:4 hesablı səfər qələbəsi ilə başa çatıb. "Real Betis" isə doğma meydanda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, turnirin həlledici matçı mayın 28-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru