“Barselona” üçün “El-Klassiko”dan öncə şad xəbər Dünən, 10:24 “Barselona”nın iki futbolçusu zədədən qayıdıb.Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bunlar Alexandro Balde və Mark Kasadodur. Kataloniya klubunun hər iki oyunçusu La Liqanın 35-ci turunda keçiriləcək “Real”la matça hazır olacaq.Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə 18:15-də keçiriləcək. Facebook-da paylaş