Lamin Yamal üçün yeni müqavilə və əfsanəvi nömrə hazırlanıb

20-05-2025, 16:36           
Lamin Yamal üçün yeni müqavilə və əfsanəvi nömrə hazırlanıb
Lamin Yamal "Barselona"da yeni mövsümdə matçlara 10 nömrəli forma ilə çıxacaq.

Bu barədə Oxu.Az "Memorabilia1899" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, futbolçu ilə imzalanacaq yeni uzunmüddətli müqavilə hazırdır.

İyulun 13-də onun 18 yaşı tamam olanda həmin müqavilə imzalanacaq.

Qeyd edək ki, bu mövsüm Lamin Yamal klubda və İspaniya millisində 59 matçda 19 qol vurub və 22 məhsuldar ötürmə verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru