“Biz Messi ilə tarixə düşmüşük, indi növbə...“ - Ronaldinyo

Bu gün, 12:14           
“Biz Messi ilə tarixə düşmüşük, indi növbə...“ - Ronaldinyo
"Barselona"nın və Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo Kataloniya təmsilçisinin və İspaniya yığmasının 17 yaşlı vingeri Lamin Yamaldan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Biz Messi ilə atrıq tarixə düşmüşük, indi növbə Yamalındır. Onun bu yaşda etdikləri inanılmazdır. Yamal olduqca istedadlı oğlandır. Belə futbolçuları izləməkdən xoşum gəlir. Lamin kimi oyunçular futbolu gözəlləşdirirlər. Ümid edirəm ki, o da mənimlə Messi kimi karyera quracaq".

Qeyd edək ki, cari mövsüm "Barselona" forması ilə bütün turnirlərdə 54 matça çıxan Yamal 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc cinah hücumçusu 2023-cü ildən "blauqrana"nın əsas komandasınını uğurları üçün çalışır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Yamalın transfer qiymətini 180 milyon avro ilə dəyərləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.