“Barselona”da növbəti müqavilə

23-05-2025, 15:18           
“Barselona”da növbəti müqavilə
“Barselona” futbolçusu Rafinya ilə müqavilə müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger Kataloniya klubunun prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və klubun idman direktoru Deko, eləcə də digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləsini imzalayıb. Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 matça çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru