Toral Bayramov Avropa Liqasının ən yaxşı 10 qolundan birinin müəllifi oldu

Bu gün, 12:51           
Toral Bayramov Avropa Liqasının ən yaxşı 10 qolundan birinin müəllifi oldu
"Qarabağ" komandasının futbolçusu Toral Bayramovun "Budyo Qlimt" klubunun qapısına vurduğu qol UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 qolundan biri seçilib.

Bu barədə Oxu.Az UEFA-nın saytına istinadla xəbər verir.

Bildirilir ki, UEFA-nın texniki müşahidə qrupunun hazırladığı 10 ən yaxşı qol siyahısında birinci yeri "Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün tutur.

Onun evdə komandasının 3:2 hesabı ilə qalib gəldiyi "Tottenhem" matçında cərimə meydançası kənarından vurduğu qol birinci yerə layiq görülüb.

Millimizin və "Qarabağ"ın oyunçusu Toral Bayramovun Norveçdə rəqib qapısından uzaq məsafədən keçirdiyi qol isə yeddinci yerə layiq görülüb.

UEFA-nın versiyasına görə, mövsümün ən yaxşı 10 qolunun müəllifləri:

1. Yunus Akgün ("Qalatasaray" - "Tottenhem")

2. Rasmus Hoylund ("Mançester Yunayted" - Budyo Qlimt)

3. Niko Uilyams ("Atletik Bilbao" - "Roma")

4. Pedro Rodriges ("Ayaks" - "Latsio")

5. Adama Traore ("Ferensvaroş" - "AZ Alkmaar")

6. Samuel Omorodion ("Roma" - "Porto")

7. Toral Bayramov ("Budyo Qlimt" - "Qarabağ")

8. Meyson Maunt ("Mançester Yunayted" - "Atletik Bilbao")

9. Kobbi Maynu ("Mançester Yunayted" - "Lion")

10. Qustav İsaksen ("Viktoriya Plzen" - "Latsio")












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.