UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub

23-05-2025, 10:56           
UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub
UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

Oxu.Az xəbər verir ki, heyətdə "Tottenhem"dən dörd, "Budo-Qlimt" və "Mançester Yunayted"dən iki, "Ayntraxt", "Lion" və "Atletik Bilbao"dan bir oyunçu yer alıb.

Qapıçı: Gulyelmo Vikario ("Tottenhem").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Kristian Romero ("Tottenhem"), Robin Kox ("Ayntraxt"), Fredrik Andre Byorkan ("Budyo-Qlimt").

Yarımmüdafiəçilər: Patrik Berq ("Budyo-Qlimt"), Bruno Fernandes ("Mançester Yunayted"), Kazemiro ("Mançester Yunayted").

Hücumçular: Rayan Şerki ("Lion"), Dominik Solanke ("Tottenhem"), Niko Uilyams ("Atletik Bilbao").

Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi "Tottenhem"dir. 21 mayda keçirilən turnirin final görüşündə London klubu "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq çempion olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru