Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub etdi

24-05-2025, 08:24           
Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub etdi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

Referans xəbər verir ki, C qrupunda yer alan Ukrayna və Türkiyə yığmaları üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşma qardaş ölkə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında İngiltərə Macarıstanla heç-heçə edib - 1:1.

Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib - 1:1. İngiltərə isə Ukraynaya 4 cavabsız qolla qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru