"Qarabağ"ın qapıçısı Rusiyaya qayıdır? - Hələ tamamlanmamış işlərim var

24-05-2025, 15:34           
"Qarabağ"ın qapıçısı Rusiyaya qayıdır? -
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını “Qarabağ”da davam etdirmək istəyir.

Bu barədə Teleqraf-a 30 yaşlı qolkiperin özü açıqlama verib.

O, Rusiya klublarından təklif almasına dair iddiaları təkzib edib: “Söz-söhbətlər çoxdur, amma mən “Qarabağ” klubunun oyunçusuyam”.

Məhəmmədəliyev Ağdam təmsilçisindən ayrılmaq niyyətində olmadığını bildirib: “Burada uzun müddət qalmaq, komandaya fayda vermək istəyirəm. “Qarabağ”da hələ tamamlanmamış işlərim var".

Qeyd edək ki, 30 yaşlı “əlcək sahibi” 2023/2024 mövsümündə Türkiyənin “Adana Demirspor” komandasında çıxış etdikdən sonra ötən yay 1 illik müqavilə əsasında “Qarabağ”a transfer olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru