UFC-nin Bakı turnirində Tofiq Musayevin rəqibinin adı AÇIQLANDI

Bu gün, 09:16           
UFC-nin Bakı turnirində Tofiq Musayevin rəqibinin adı AÇIQLANDI
Bakıda iyunun 21-də təşkil olunacaq UFC turnirində Tofiq Musayev də çıxış edəcək.

Oxu.Az "Vestnik MMA"ya istinadən xəbər verir ki, onun rəqibi qırğızıstanlı Mıktıbek Orolbay olacaq.

Artıq hər iki tərəf turnirdə iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Musayevlə yanaşı, turnirdə daha iki Azərbaycan təmsilçisi döyüşəcək. Rafael Fiziyev çilili İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.