Ançelotti ağladı, Luka Modriç "Real Madrid"lə vidalaşdı

25-05-2025, 12:08           
Ançelotti ağladı, Luka Modriç "Real Madrid"lə vidalaşdı
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 38-ci turunda "Real Sosyedad"la oyunda (2:0) iştirak etməklə kral klubunun heyətində "Santyaqo Bernabeu"dakı son oyununu keçirib.

TEREF xəbər verir ki, komandanın futbolçuları xorvatiyalı yarımmüdafiəçini mühasirəyə alıb, bir neçə dəfə atıb-tutublar.

Daha sonra Modriç demək olar ki, hamı ilə bir-bir qucaqlaşıb.

Qeyd edək ki, 39 yaşlı Modriç komandanın tərkibində qarşıdan gələn klublararası dünya çempionatında iştirak edəcək.

Modriçlə yanaşı, "Real Madrid" baş məşqçisi Karlo Ançelotti ilə də vidalaşıb. Son nitqində italiyalı mütəxəssis göz yaşlarına hakim ola bilməyib.(Oxu.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru