Şumaxerin Ferrarisi hərracda 16 milyon avroya satılıb

27-05-2025, 10:18           
Şumaxerin Ferrarisi hərracda 16 milyon avroya satılıb
"Formula 1" tarixinin ən məşhur simalarından biri, alman Mixael Şumaxerin Ferrari F2001 yarış avtomobili RM Sotheby's hərracında 15,98 milyon avroya satılıb.
İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin qiymət təxmin 8 milyon avro olsa da, satış gözlənilən dəyəri iki dəfə artıraraq avtomobilin tarixi əhəmiyyətini və Şumaxere olan marağı təsdiqləyib.

Məlumata görə, alıcı haqda məlumatlar məxvi saxlanılıb, kimliyi açıqlanmayıb.

Qeyd edilir ki, Şumaxer 2001-ci ildə bu avtomobillə Macarıstan və Monako Qran-Prisini qazanıb və həmin il beşinci "Formula 1" çempionluğunu alıb. Ferrari F2001 Scuderia Ferrari komandasının tarixində ən uğurlu avtomobillərdən biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru