Səudiyyə Ərəbistanı Pro Liqasında sonuncu - 34-cü turun oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" səfərdə "Əl-Fateh"in qonağı olub.
Qarşılıqlı qollarla keçən matçda "Ən-Nəsr" məğlub olub - 3:2. Qonaqların heyətində Ronaldu və Mane, meydan sahiblərində isə Varqas, Batna və Ferreyra fərqləniblər.