PSJ Kol Palmer üçün "Çelsi"yə rekord məbləğ təklif etdi

Bu gün, 16:24           
PSJ Kol Palmer üçün "Çelsi"yə rekord məbləğ təklif etdi
İngiltərə millisinin və London "Çelsi"sinin yarımmüdafiəçisi Kol Palmer klubunu dəyişə bilər.

Oxu.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin xidmətində Fransanın PSJ klubu maraqlıdır. Paris nəhənginin rəhbərliyi transfer rekordunu qırmağa və ingilis üçün 250 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, tarixin ən bahalı transferi PSJ ilə "Barselona" arasında Neymara görə bağlanan müqavilədir. Parislilər 2017-ci ilin yayında braziliyalını 222 milyona almışdılar.

Xatırladaq ki, Palmer 2025-ci il klublararası dünya çempionatının finalında PSJ-nin qapısına 2 qol vuraraq (3:0) matçın ən yaxşı oyunçusu olub. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü ilin ortalarına qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru