Adil Əliyev: "idmançı üçün bir iş görməyən adamcıqlar, bu gün idmançını müzakirəyə çıxarıb,"

16-06-2015, 11:44           

“Deyirəm işə düşmüşük, Vallah. İdmandan xəbəri olmayan, idman üçün, idmançı üçün bir iş görməyən adamcıqlar, bu gün idmançını müzakirəyə çıxarıb, onu tənqid, hətta təhqir edirlər”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev öz facebook hesabında erməniyə uduzun idmançı Həsən Əliyev haqqında yazıb. “İdmançıya onun məşqçisindən başqa heç kimin ixtiyarı yoxdur ki, güldən ağır söz desin. Əvvəla, onu deyim ki, bu çür mötəbər yarışlara elə-belə sıradan bir idmançıları buraxmırlar, nə biz tərəfdən, nə də rəqiblər tərəfindən. Yarışlarda isə bir çəki dərəcəsində, bir qızı medal olur ki, onun da üstündə güclü mübarizə aparılır. Ölkəsindən və millətindən aslı olmayaraq, daha hazırlıq və bəxti gətirən idmançı qalib çıxa bilər. Hamıya məlumdur ki, iki idmançıdan biri qalib olmalıdır. Bu dəfə idmançımızın bəxti gətirmədi, nə etmək olar, bu idmandır. İndi durub hamımız düşək bu idmançının üstünə ki, sən uduzmusan..? Əgər, biz bu cür, kampaniyaya dəstək versək, başqa idmançılarımızı da ruhdan salarıq. Qabaqda isə bizi çox maraqlı yarışlar gözləyir, o yarışlarda da başqa millətlərin nümayəndləri iştirak edəcək. Dostlar, gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq. Allah millətimizə kömək olsun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.