Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb

18-05-2024, 16:44           
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayının 31-dən Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 35 milyard kubmetri ötüb.

İndex.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

“Kəmər istismara verildiyi vaxtdan mayın 1-dək TAP ilə 35 milyard kubmetrdən çox qaz Avropaya nəql edilib. TAP vasitəsilə qaz Yunanıstan, Bolqarıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiyaya çatdırılıb”, – şirkət qeyd edib.

Bildirilib ki, qaz kəmərinin marşrutu və dizaynı gələcəkdə qazın Cənub-Şərqi, Mərkəzi və Qərbi Avropanın müxtəlif istiqamətlərinə tədarük edilməsinə imkan verəcək.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru