UEFA-dan Şahruddinin komandasına sərt cəza

18-05-2024, 12:24           
UEFA-dan Şahruddinin komandasına sərt cəza
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Türkiyənin “Adana Dəmirspor” klubunu cəzalandırıb.

Məlumata görə, klub avrokuboklardan bir il müddətinə kənarlaşdırılıb.

Qərara səbəb “Adana Dəmirspor”un vaxtı keçmiş borcları olub.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məmmədəliyev məhz Adana klubunun şərəfini qoruyur.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.