Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib

11-05-2017, 08:10           
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib
UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Visente Kalderon” stadionunda Madrid klubları “Atletiko” ilə “Real” üz-üzə gəliblər.

Cütün taleyini demək olar ki, ilk matçda həll edən “Real” ikinci oyuna gözlənilməz debütlə start versə də, sonda hər şey onlar üçün yaxşı qurtarıb. Belə ki, "Santyaqo Bernabeu"dakı oyunda Kristiano Ronaldonun het-triki sayəsində 3:0 hesablı qələbə qazanan "kral klubu" cavab oyununun ilk 15 dəqiqəsində 0:2 hesabı ilə geri düşüb.

Əvvəlcə 12-ci dəqiqədə Saul künc zərbəsindən ötürülən topu başla qapıdan keçirib. 3 dəqiqə sonra isə Qrizmann penaltini dəqiq yerinə yetirib. Bir anda üstünlüyünü şübhə altına salan "Real"ı İsko xilas edib. İlk hissənin tamamına 2 dəqiqə qalmış Kərim Benzemanın şəxsi səyi nəticəsində yaratdığı vəziyyəti qola çevirən ispan oyunçu bununla da komandasına yeni nəfəs verib.

İkinci hissədə başqa qol olmayıb və "Real" ikinci finalçı olub.


UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
10 may

“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 2:1
Qollar: Nigez, 12, Qrizman, 15 (pen.) - İsko, 42
İlk oyun – 0:3












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.