Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək

11-05-2017, 09:04           
Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək
Bu gün futbol üzrə Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.
"Report"un məlumatına görə, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.
İlk qarşılaşmaların nəticələrinə əsasən "Mançester Yunayted”lə "Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada "Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə "Lion”u darmadağın edib - 4:1.
Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
11 may
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0
23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya)
Baş hakim: Şimon Martsinyak (Polşa)
İlk oyun – 1:4












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru