Daha bir ölkə tam komanda ilə Azərbaycana gəlməkdən İMTİNA etdi - İslamiada

11-05-2017, 18:05           
Daha bir ölkə tam komanda ilə Azərbaycana gəlməkdən İMTİNA etdi - İslamiada
BiG.AZ xəbər verir ki, Əfqanıstan 70 idmançısını maddi problemlər üzündən Bakıya gətirə bilməyəcək.
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında yalnız 17 idmançı ilə təmsil olunacaq.

Xatırladaq ki, Sudan, Liviya və Küveyt idmançıları Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında isə ümumiyyətlə iştirak etməyəcək.

Bu barədə Əməliyyat Komitəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, İslamiadanın Əməliyyat Komitəsi, İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, səylər nəticəsiz qalıb.

Bununla da, İslam Oyunlarında 57 deyil, 54 ölkə iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru