"Yuventus" 12-ci dəfə İtaliya Kubokuna yiyələnib - VİDEO

18-05-2017, 08:12           
"Yuventus" 12-ci dəfə İtaliya Kubokuna yiyələnib - VİDEO
"Yuventus" futbol komandası tarixində 12-ci dəfə İtaliya Kubokuna sahib olub.
"Report" xəbər verir ki, Turin klubu Romadakı "Olimpiko" stadionunda keçirilən final matçında "Latsio"nu 2:0 hesabı ilə məğlub edib. Qolları 12-ci dəqiqədə Dani Alveş, 24-cü dəqiqədə isə Leonardo Bonuççi vurub.
Bu, "Yuventus"un ardıcıl 3-cü ölkə kuboku olub. Əvvəllər isə Turin klubu 1937/1938, 1941/1942, 1958/1959, 1959/1960, 1964/1965, 1978/1979, 1982/1983, 1989/1990, 1994/1995 mövsümlərində bu mükafata yiyələnib.
Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 85 xalla liderdir. Üstəlik, bu komanda iyunun 3-də Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə üz-üzə gələcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru