"Real Madrid"in prezidenti: "Zidan ömrünün sonuna qədər klubda qala bilər"
4-06-2017, 12:41
"Real Madrid" klubunun prezidenti Florentino Peres bildirib ki, komandanın baş məşqçisi Zineddin Zidan ömrünün sonuna qədər kluba rəhbərlik edə bilər. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə o, "Cadena Ser" radiostansiyasının efirində deyib. "Zidan bütün ömrü boyu "Real"da qala bilər. Klubun hər bir pərəstişkarı ona minnətdardır. Zidan 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı oyunçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidir. O, komandaya 17 aydır rəhbərlik edir. Amma çox şeylər əldə edib" – deyə Peres bildirib. Öz növbəsində Zidan da final matçından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcək. Zidan "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə turnirdə kommandasını ardıcıl iki dəfə qalib etmiş məşqçi kimi düşüb. Çempionlar Liqasının final matçında "Real Madrid" İtaliyanın "Yuventus" komandasına 4:1 hesabı ilə qalib gəlib.