Məhəmmədrəsul Məcidov Dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

27-08-2017, 11:01           
Məhəmmədrəsul Məcidov Dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
"Report" xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib.
Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Məcidov rəqibini 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Boksçumuz 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də olacaq.
Dünya çempionatının ikinci günündə Pərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Bağırovun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb - 5:0.
Bağırov Byamba ilə sabah üz-üzə gələcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.