Hicaba görə İrandan qovulan şahmatçını ABŞ qəbul etdi

8-10-2017, 01:22           
Hicaba görə İrandan qovulan şahmatçını ABŞ qəbul etdi

İran şahmat yığmasından qovulmuş şahmatçı Dorsa Deraxşani ABŞ yığmasında çıxış edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Amerika Şahmat Federasiyası yayıb.

Qeyd edək ki, Deraxşani İran yığmasından beynəlxalq şahmat turnirlərindən birində hicabsız çıxış etdiyinə görə qovulub. Deraxşani ilə bərabər onun 15 yaşlı qardaşı da yığmadan qovulacağı ilə bağlı təhdid edilib. Buna səbəb onun İsrail şahmatçısına qarşı oynaması olub.

Deraxşani yığmadan qovulduqdan sonra ABŞ-a köçüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru