Çempionlar Liqası: "Beşiktaş" və "Mançester Siti" ardıcıl 3-cü qələbəsini qazanıb 18 Oktyabr, 2017 00:50

18-10-2017, 08:53           
Çempionlar Liqası: "Beşiktaş" və "Mançester Siti" ardıcıl 3-cü qələbəsini qazanıb  18 Oktyabr, 2017  00:50
Futbol üzrə Çempionlar Liqasında III tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda oynanılmış 8 qarşılaşma kifayət qədər məhsuldar alınıb.
E qrupunda hamıdan çox - 13 qol vurulub. "Spartak" Rusiyada İspaniya "Sevilya"sını, İngiltərə "Liverpul"u Sloveniyada "Maribor"u darmadağın edib.
Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" ardıcıl 3-cü qələbəsini səfərdə Fransa "Monako"su üzərində qazanıb - 2:1. "Qara qartallar"dan hər iki qolu Cenk Tosun vurub.
İngiltərənin "Mançester Siti" klubu da itkisiz irəliləyir. "Şəhərlilər" İtaliya "Napoli"sini eyni hesabla yeniblər.
Əvəzində H qrupundakı hər iki oyunda heç-heçə qeydə alınıb. İlk 2 turdan qalib ayrılmış İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Eyni zamanda Kipr APOEL-i Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qollu heç-heçə edib. Nəticədə hər iki klub ilk xalını qazanıb.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
E qrupu
"Spartak" (Moskva, Rusiya) - "Sevilya" (İspaniya) - 5:1
Qollar: Kvinsi Promes, 18; 90. Lorentso Melqarexo, 58. Denis Qluşakov, 67. Luis Adriano, 74 - Simon Kyaer, 30
"Maribor" (Sloveniya) - "Liverpul" (İngiltərə) - 0:7
Qollar: Roberto Firmino, 4; 54. Filippe Koutinyo, 13. Mohamed Salah, 19; 40. Aleks Oksleyd-Çemberleyn, 86. Trent Aleksander-Arnold, 90
Xal durumu: "Spartak" - 5, "Liverpul" - 5, "Sevilya" - 4, "Maribor" - 1.
F qrupu
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:1
Qollar: Rahim Sterlinq, 9. Qabriel Jezus, 13 - Amadu Diavara, 73-penalti ilə
Yerinə yetirilməyən penalti: Dris Mertens, 38
"Feyenoord" (Hollandiya) - "Şaxtyor" (Ukrayna) - 1:2
Qollar: Stiven Berquis, 8 - Bernard, 24; 54
Xal durumu: "Mançester Siti" - 9, "Şaxtyor" - 6, "Napoli" - 3, "Feyenoord" - 0.
G qrupu
"Monako" (Fransa) - "Beşiktaş" (Türkiyə) - 1:2
Qollar: Radamel Falkao, 30 - Cenk Tosun, 34; 54
"Leyptsiq" (Almaniya) - "Portu" (Portuqaliya) - 3:2
Qollar: Villi Orban, 8. Emil Forsberq, 38. Jan-Kevin Auqustin, 41 - Vinsent Abubakar, 18. İvan Markano, 44
Xal durumu: "Beşiktaş" - 9, "Leyptsiq" - 4, "Portu" - 3, "Monako" - 1.
H qrupu
"Real Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1
Qollar: Kriştianu Ronaldu, 43-penalti ilə - Rafael Varan, 28-öz qapısına
APOEL (Kipr) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qollar: Mikael Pote, 62 - Sokratis Papastatopulos, 67
Xal durumu: "Real Madrid" - 7, "Tottenhem" - 7, APOEL - 1, "Borussiya" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru