Azərbaycan idmançıdan MÖHTƏŞƏM QƏLƏBƏ

10-12-2017, 16:54           

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə "Glory" seriyalı növbəti turnir keçirilib.
teref.az yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Alim Nəbiyev də "Glory 49"un iştirakçısı olub. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız təşkilatın sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb.
Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da "Glory" reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, Rotterdamdakı uğur Alimin "Glory" seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru