Putin: Ukraynadakı Avropa hərbçiləri qanuni hədəflərə çevriləcəklər

Bu gün, 10:18           
Putin: Ukraynadakı Avropa hərbçiləri qanuni hədəflərə çevriləcəklər
Rusiya prezidenti Vladimir Putin Ukraynada Qərb ölkələrindən hərbçilərin yerləşdirilməsi ehtimalını yenidən rədd edib. O, Vladivostokda Şərq İqtisadi Forumunda deyib ki, avropalı hərbçilər Ukraynada müharibə vaxtı peyda olarlarsa, Rusiya onları qanuni hərbi hədəf sayacaq. Putinin sözlərinə görə, sülhə nail olunandan sonra Ukraynada Qərb hərbçiləri yerləşdirməyə ehtiyac olmayacaq.

Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşlə bağlı mövqeyini təkrarlayıb. O, belə bir görüşdə məna görmədiyini, amma Zelenski Moskvaya gedərsə, onunla görüşməyə hazır olduğunu söyləyib. Putin deyib ki, Zelenskiyə "yüz faizli" təhlükəsizlik qarantiyası veriləcək.

Bundan öncə Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki, Zelenskini Moskvaya təslim olmağa deyil, danışmağa çağırırlar.

Ukrayna prezidenti isə Moskvaya getmək təklifini rədd edərək deyib ki, bir sıra neytral ölkələr danışıqlar təşkil etməyi təklif ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru