Mingəçevirdə MİSTİK TENDER - FOTO

Bu gün, 09:26           
Mingəçevirdə MİSTİK TENDER - FOTO
“Mingəçevir Dövlət Universiteti” Publik Hüquqi Şəxsi III Mühəndislik korpusunun cari təmiri ilə bağlı satınalma elan edib.
32gun.az xəbər verir ki, təmir işlərinin dəyəri 666.407,36 manat olaraq göstərilib.

H.Əliyev prospekti 55/18 ünvanında yerləşən binada aparılacaq işlərə xarici divarların suvaq qatının sökülməsi və yenidən vurulması, yüksək keyfiyyətli boya ilə rənglənməsi, döşəmələrin yenilənməsi, metlaxın dəyişdirilməsi, beton qatın verilməsi, izolateksin çəkilməsi, çürümüş taxta kirişlərin sökülərək yeniləri ilə əvəzlənməsi daxildir.

Qeyd edək ki, maraqlı təsadüf olaraq təmirin qiyməti 666 min manatdir. Bibliya Vəhy kitabına görə 666 “Vəhşi heyvanın rəqəmi” və “şeytanın rəqəmi” kimi tanınır, dünyanın sonuna işarə etdiyi düşünülür. Digər tərəfdən elm sahəsində, karbon atomunun proton, neytron və elektron sayının altı olması səbəbindən 666-nın mənfi tərəfi ola bilməz – yəni həm mistik, həm də elmi maraq doğuran rəqəmdir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinə hazırda Anar Eminov rəhbərlik edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru