Yenicag.az saytının 18 yaşı tamam olur
Bu gün, 09:24

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 18 yaşı tamam olur.
2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan və hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində keçirilən beynəlxalq media layihələrində aktiv iştirak edir.
Avropanın, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrdən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan xəbər portallarından olub.
“Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” araşdırma kitablarının müəllifi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgər rəhbərlik edir.