Ukrayna tarixdə ilk dəfə

Bu gün, 12:44           
Ukrayna tarixdə ilk dəfə
Ukrayna tarixdə ilk dəfə olaraq korrupsiya nəticəsində oğurlanmış pulları xaricdən geri qaytara bilib.

Bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) məlumat yayıb.

Məlumata görə, “Ukrayna Poliqrafkombinat” dövlət müəssisəsində sui-istifadə halları ilə məşğul olan Fransa şirkətindən ölkənin dövlət büdcəsinə 3,377 milyon avro daxil olacaq.

“Bu, antikorrupsiya qurumlarının tarixində xarici qurum tərəfindən ödənilən ilk təzminatdır. Şirkətlə müqavilə Fransanın Milli Maliyyə Prokurorluğu tərəfindən iyulun 8-də bağlanıb və sentyabrın 3-də Paris məhkəməsi tərəfindən təsdiqlənib”, – məlumatda bildirilib.

İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan aydınlıq gətirilib ki, vəsaitlər artıq xüsusi hesabda bloklanıb və yaxın vaxtlarda köçürmə həyata keçiriləcək.

UMAB və prokurorluğun araşdırması nəticəsində müəyyən edilib ki, mətbəə Estoniyanın “vasitəçi şirkəti” vasitəsilə Fransa şirkətindən şişirdilmiş qiymətlərlə material alıb və dövlət müəssisəsinin keçmiş direktoru qeyri-qanuni mənfəət əldə edib.

Tərkibində qoruyucu elementlər olan avadanlıqlar üçün sərf olunan materiallar “Ukrayna” mətbəəsinə Fransanın “Surys” şirkəti tərəfindən çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru