Böyük Britaniyanın kral ailəsinin ən yaşlı üzvü vəfat etdi

Bu gün, 11:34           
Böyük Britaniyanın kral ailəsinin ən yaşlı üzvü vəfat etdi
Böyük Britaniyada II Yelizavetanın gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.

Bu barədə BBC Bukingem sarayının bəyanatına istinadən məlumat yayıb.

"Bukingem sarayı dərin hüznlə ülyahəzrət Kent hersoginyasının vəfat etdiyini elan edir", - sarayın rəsmi bəyanatında bildirilir.

Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

Hersoginya Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. Həyatı boyu Ketrin musiqi həvəskarı olub. O, Hulldakı ibtidai məktəbdə musiqi dərsi deyib, burada şagirdlər onun kral ailəsinin üzvü olduğu haqqında heç nə bilməyiblər. Uşaqlar onu "missis Kent" kimi tanıyıblar. Hersoginya musiqi xeyriyyə təşkilatlarına da dəstək verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru