Azərbaycan kiloqramı 66 manata Hucho hucho alıb

Bu gün, 11:24           
Azərbaycan kiloqramı 66 manata Hucho hucho alıb
Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 118,25 ton təzə və ya soyudulmuş atlantik qızılbalığı (Salmo salar) və dunay qızılbalığı (Hucho hucho) idxal olunub.

Valyuta.az xəbər verir ki, bu həcmdə balığın ölkəyə gətirilməsi üçün 1027,27 min ABŞ dolları vəsait xərclənib.

Bu məhsul Azərbaycana əsasən Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Norveç və Almaniyadan gətirilib.

Hesabat dövründə təzə və ya soyudulmuş atlantik qızılbalığı və dunay qızılbalığı idxalı üzrə ən böyük idxal həcmi Norveçə məxsus olub. Belə ki, bu ölkədən 118.19
ton balıq gətirilib və bu miqdarda idxal üçün 1025.41
min ABŞ dolları ödənilib. Nəticədə, Norveçdən alınan balığın 1 kiloqramı təxminən 8.68 ABŞ dolları və ya 14.76 manata başa gəlib.

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından 0,03 ton atlantik və dunay qızılbalığı idxal olunub. Bu məhsul üçün 1,17 min ABŞ dolları vəsait sərf olunub. Beləliklə, 1 kiloqram balığın dəyəri təxminən 39 ABŞ dolları və ya 66.3 manat təşkil edib.

Almaniyadan idxal edilən 0,03 ton balığa görə 0,69 min ABŞ dolları ödənilib. Bu isə 1 kiloqram üçün 23 ABŞ dolları və ya 39.1 manat deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru