Avropanın ən sürətli superkompüteri istifadəyə verildi
Bu gün, 12:08
Almaniyanın Aahen şəhəri yaxınlığındakı "Jülich" tədqiqat mərkəzində Avropanın ən sürətli superkompüteri "Yupiter" istifadəyə verilib.
Bu barədə "Spiegel" məlumat yayıb.
"Yupiter"in rəsmi işə salınması mərasiminə Almaniya Kansleri Fridrix Merts də qatılıb. Onun sözlərinə görə, bu, süni intellekt modellərinin hazırlanması və ya elmi simulyasiyalar üçün tamamilə yeni imkanlar açır.
Dünyada dördüncü ən sürətli kompüter Almaniyanın müasir texnoloji inqilabda aparıcı rola iddiasını vurğulayır.