Arda Turan jurnalisti hədələdi: Sənin başını əzərəm

26-03-2018, 13:33           

İki həftə öncə evlənən tanınmış futbolçu Arda Turan həyat yoldaşı Aslıhan Doğanla restoranların birindən çıxarkən görüntülənib.

Oxu.Az xəbər verir ki, restoran çıxışı jurnalistlərin sual verməsi gərginlik yaradıb.

Belə ki, müxbirin “Aslı xanım, sadə bir nikah mərasimi ilə evləndiniz. Xəyalınızdakı toy necə idi” sualına Aslı cavab verməyib. Jurnalist ikinci dəfə “Arda bəy sizə danışmamaq üçün qadağa qoyub” sualını ünvanlayıb.

Müxbirin bu sözləri Arda Turanı özündən çıxarıb. O, jurnalisti döyməklə hədələyib:
“Həyat yoldaşımla danışırsan, ədəbli ol, qadağan etmək nə deməkdir? Sənin başını əzərəm!”

Cütlük daha sonra taksi saxlayaraq məkandan ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru