Avstraliya XİN DÇ-2018-i boykot etməyə hazırlaşır

27-03-2018, 10:02           
Avstraliya XİN DÇ-2018-i boykot etməyə hazırlaşır
Avstraliyanın xarici işlər naziri Culi Bişop bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çemponatında iştirakdan imtina etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

"Sanksiyalara gəlincə, Avstraliya Rusiyaya münasibətdə bir sıra şəxslərə qarşı sanksiyalar təbiq edib. Xüsusi halda, onlar Krımın qanunsuz zəbt edilməsindən sonra siyahıya daxil ediliblər. Bu sanksiyalar təkrar gözdən keçirilib və yenilənib, bizdə Rusiyanın fiziki şəxslərinə və təşkilatlarına qarşı bir sıra sanksiyalar var", - deyə nazir "Fox Sport Australia"ya bildirib.

Avstraliyanın Xarici İşlər Nazirliyindən həmçinin bildiriblər ki, Böyük Britaniya hökumətinin Rusiya ilə bağlı mövqeyini dəstəkləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru