"Seltik" 38-ci dəfə Şotlandiya Kubokunun qalibi olub

20-05-2018, 09:57           
"Seltik" 38-ci dəfə Şotlandiya Kubokunun qalibi olub
Qlazqonun "Seltik" komandası futbol üzrə Şotlandiya Kubokunun final matçında "Mazervell" klubunu 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qalib komandanın heyətində Kallum Makqreqor və Jül Olivye Ntşan fərqlənib.

"Seltik" üçün milli Kubokda qələbə ardıcıl 2-ci, ümumilikdə isə 38-ci dəfə olub. Qlazqo klubu bu mükafat üzrə rekordsmendir. O, "Reyncers"i 5 qələbə qabaqlayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.