Türklərə gürcü baş məşqçidən böyük jest (FOTO)

10-09-2015, 09:49           
Türklərə gürcü baş məşqçidən böyük jest (FOTO)
Türkiyənin ən güclülərindən olan Trabzonspor futbol komandasının baş məşqçisi gürcü əslli Şota Arveladze türk azarkeşlər və ümumilikdə Türkiyə üçün böyük jest edib.

ANS PRESS-in məlumatına görə baş məşqçi komandasının son məşqinə üzərinə “Öncə Vətən” yazılan forma ilə çıxıb. Son günlər terror hadisələrinin çoxaldığı Türkiyədə Şotanın böyük məna daşıyan bu jestini azarkeşlər yüksək qiymətləndiriblər.

O, bundan əvvələr "Kaysərispor" və "Kasımpaşaspor" komandalarının baş məşqçisi kimi də fəaliyyət göstərib. Bir müddət əvvəl isə "Trabzonspor"un baş məşqçisi kimi Türkiyəyə yenidən qayıdıb.

Şota Arveladze “Öncə Vətən” sözləri yazılan forması


Şota Arveladze həmişə səmimi davranışları ilə fərqlənib.

Bir müddət əvvəl keçirilən futbol üzrə Türkiyə çempionatında "Torku Konyaspor"un qonağı olan "Kasımpaşa" klubu Donkun vurduğu haqsız qolla hesabda önə keçib.

Konyalı futbolçuların zədələnən kasımpaşalı futbolçuya görə oyunu dayandırdıqları halda Donk hərəkətlənib və topu irəli çıxmış qapıçının başı üzərindən tora göndərib. "Konyaspor" oyunçuları "ədalətli oyun" prinsipinin pozulması səbəbindən buna etiraz ediblər.

"Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze yetirmələrinə bilə-bilə qol buraxmağı tapşırıb ki, hesaba tarazlıq gəlsin. Onlar belə də ediblər.

Meydanın mərkəzində topu götürən "Konyaspor" hücumçusu heç bir müqavimətlə üzləşmədən "Kasımpaşa"nın qapısına doğru irəliləyib və topu qapı xəttindən keçirdikdən sonra özüylə mərkəzə gətirib və beləliklə, hesab 1:1 olub.

Həmin oyun "Torku Konyasporun" 2:1-lik qələbəsi ilə başa çatıb. Oyundan sonra Şota Arveladze istefa verib.
[media=https://www.youtube.com/watch?v=qY5f_u19f6o]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.