İŞİD Çempionlar Liqasının finalına terror hazırlayır: Rusiyadan əvvəl Kiyev hədəfdə

23-05-2018, 09:43           
İŞİD Çempionlar Liqasının finalına terror hazırlayır: Rusiyadan əvvəl Kiyev hədəfdə
İŞİD Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyunu ərəfəsində “Real” və “Liverpul” azarkeşlərini terror hadisəsi törətməklə hədələyir. Publika.az xəbər verir ki, bu iddia “The Sun” nəşrinə məxsusdur. Nəşr terrorçuların “Teleqram”da təhdiddolu yazışmalarına əsasən belə qənaətə gəlib.
Terror təşkilatçıları əməkdaşlarını Kiyevdə soyuq silahdan və avtomobildən istifadə edərək insanlara zərər yetirməyə çağırır. Britaniya kəşfiyyatı isə bu aksiyanın DÇ-2018 ərəfəsində insanlar arasında təşviş yaratmaq məqsədi daşıdığını hesab edir. Əsas zərbənin isə mundial zamanı Rusiyada vururlacağı güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru