CL: "Real Madrid" 13-cü dəfə Çempionlar Liqasının qalibi oldu

27-05-2018, 07:58           

"Real Madrid" klubu 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

teref.az xəbər verir ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubları arasında Kiyevin "Olimpiya" stadionunda keçirilən final oyunu dramatik anlarla yadda qalıb.
Gərqin keçən ilk hissə qolsuz heç-heçə ilə başa çatıb. Fasilədə sonra madridlilər hesabı açıb. Kərim Benzema qapıçının səhvin bağışlamayıb - 1:0. Bu qoldan dörd dəqiqə sonra Sadio Mane hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın 64-ci dəqiqəsində Qaret Beyl gözəl qola imza atıb - 2:1. Oyunun əsas vaxtının qurarmasına yeddi dəqiqə qalmış Qaret Beyl 27 metirlik məsafədən vurduğu zərbə ilə oyunda son nöqtəni qoyub. Bu dəfə də “Liverpul”un qapıçısı kobud səhvə yol verib.
Beləliklə, Avropanın ən nüfuzlu klub turniri "Real Madrid" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.