Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış İsgəndər Həmidovun şikayətinə baxılıb. İ.Həmidov təşviqat kampaniyası aparmaqda ona maneçiliyin törədilməsindən şikayət edib. MSK onun şikayətini baxılması üçün müvafiq seçki dairəsinə göndərmək barədə qərar qəbul edib.