Faiq Ələkbərov Rəsulzadəyə qarşı haqsızlıqlara etiraz edir - FOTO
16-10-2015, 13:25
“15 ildir Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı Bakı Dövlət Universitetindən götürülmüşdür. Üstəlik, BDU-nun önündə ucaldılmalı olan abidəsinin yerini neçə illərdir kiçik bir qara daş tutmuşdur”. Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) rəsmi Facebook səhifəsindəki statusunda yazıb. O bildirib ki, bütün bunlara Rəsulzadəyə qarşı olan haqsızlıqların nəticəsidir.
Faiq Ələkbərovun rəsmi Facebook səhifəsində Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə qarşı olan haqsızlıqlarla bağlı yazdığı statusu olduğu kimi təqdim edirik:
“Dəyərli soydaşlarım! 15 ildir Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı Bakı Dövlət Universitetindən götürülmüşdür. Üstəlik, BDU-nun önündə ucaldılmalı olan abidəsinin yerini neçə illərdir kiçik bir qara daş tutmuşdur. Bu dogru deyildir və Rəsulzadəyə qarşı çox böyük haqsızlıqdır.... Eyni zamanda 4 ilə yaxındır Gəncə Şəhərində Dəmiryolçular parkında Məhəmməd Əmin Rəsulzadənin büstünə çuval keçiriblər. Daha sonra 28 may Metrosunun içindən Rəsulzadənin şəkili qaldırılmışdır. Bütün bunlara etiraz olaraq bu andan etibarən Facebook dakı rəsmi profil və kapak fotolarımı buna uyğun olaraq dəyişirəm. Rəsulzadənin adı yenidən BDU-ya verilməyənə, Rəsulzadənin şəkili 28 may metrosunda bərpa olunmayana, Gəncədəki büstündən çuval çıxarılmayana qədər Facebook rəsmi proflimdəki və qapaqdakı bu şəkillər dəyişməyəcəkdir.. Sizləri də bu dinc aksiyaya dəvət edirəm.. Gəlin Azərbaycanımız üçün, Vətənimiz üçün, Türklüyümüz üçün birlikdə bu aksiyada iştirak edək... Əgər biz bu məsələni ictimai qınaq obyektinə çevirə bilsək, bütün haqsızlıqlar aradan qaldırılacaqdır!!! Unutmayaq Azərbaycan demək Rəsulzadə demək, Rəsulzadə demək Azərbaycan deməkdir!!! Bir düşünün, kim önəmlidir mənmi, yeni ayrı-ayrı fərdlər mi, yoxsa Rəsulzadəmi, Azərbaycanmı?”