Binəqədi icra hakimiyyəti məhkəməni uduzdu

17-10-2015, 19:50           
Binəqədi icra hakimiyyəti məhkəməni uduzdu
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “Binəqədi Oil Company” şirkətinin Binəqədi rayon icra Hakimiyyətinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şirkətin iddiasını təmin edib.

Qeyd edək ki, şirkət icra hakimiyyəti tərəfindən Rasim Vəliyevin adına verilən sərəncamın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib.

Onu da qeyd edək ki, həmin qərarla razılaşmayan icra hakimiyyəti apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.