Dağıstanın Xasavyurt rayonunda 4 silahlı şəxs zərərsizləşdirilib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu gün səhər antiterror əməliyyatları rejiminin elan edildiyi Yeni Kuruş, Botayurd və Sadovoy kəndləri arasındakı istehkamlarda 4 silahlı aşkar edilərək zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarında olan mənbə onlardan üçünün adının Alxan və Rəsul Sərdarov və Cumart Şixraqimov olduğunu deyib. Öldürülən silahlı şəxslərin Yeni Kuruş kəndinin məscidinin İmamının ölümündə əlləri olduğu ehtimal edilir. Qeyd olunub ki, İmam 9 sentyabr tarixində qətlə yetirilib.