İcra başçısı jurnalisti məhkəməyə verib
18-10-2015, 00:14
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov cenubnews.com saytının əməkdaşı Mirələm Həşimovu məhkəməyə verib. Məhkəmə 27 oktyabr 2015-ci il tarixində Masallı şəhərində keçiriləcək.
Qaldırılan iddiada deyilir ki, Mirələm Həşimov saytda verdiyi xəbərlərlə guya icra başçısının şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaldıb və buna görə də Rafil Hüseynov ondan 5 min manat məbləğində maddi təzminat istəyir.
Məhkəməyə verilmiş 3 məqalədə dərc olunan xəbərlər isə bunlardır:
1. “Masallı park bulvarını sel apardı” sərlövhəli məqalədə (xəbərdə) redaksiya bildirir ki, nəinki Rafil Hüseynov heç bir şəxs təhqir olunmayıb.
Xəbər linki: http://cenubnews.com/10828-masalli-park-bulvarini-sel-apardi-foto.html
2. “Masallıda ağacları kəsirlər” başlığı ilə yayımlanan məqalədə (xəbərdə) qeyd edilib ki, “Qarşı tərəfin movqeyini dərc etməyə hazırıq”. Əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə, onda redaksiyaya təkzib göndərilə bilərdi.
Xəbər linki: http://cenubnews.com/11530-masallida-agaclari-kesirler-foto.html
3. “Rafil Hüseynov: işıq pulunu ödəyə bilmirsənsə, get özünü öldür”. Redaksiya xatırladır ki, bu başlıqla yayımlanan məqalə (xəbər) Muxalifet.az saytına istinad edilərək verilib və eyni xəbər bir çox başqa saytlarda da dərc olunub.
Xəbər linki: http://cenubnews.com/14411-rafil-huseynovshiq-pulunu-odeye-bilmirsense-get-ozunu-oldur.html
reqionxeberler