Nyu-Dehlidə otel yanıb, 9 nəfər ölüb

12-02-2019, 07:52           
Nyu-Dehlidə otel yanıb, 9 nəfər ölüb
Hindistanın paytaxtı Nyu-Dehli şəhərində yerləşən "Arpit Palace" otelində yanğın zamanı azı 9 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Indian Express" qəzeti yazıb.

Nəşr bildirir ki, yanğın çərşənbə axşamı səhər başlayıb.

Məlumata görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Daha əvvəl Braziliya klubunun təlim-məşq bazasındakı yanğında 10 nəfər ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.